14/02/2017

"Sumqayıt" FK istirahət vermədən AZAL-la oyunun hazırlığına başladı


"Sumqayıt" Futbol Klubu növbəti turda qarşılaşacağı AZAL-la oyunun hazırlığına istirahət vermədən başlayıb. Komandamız bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında iki qrup üzrə məşq edib. Dünən "Neftçi" ilə oyunda start heyətində yer alan futbolçular fitness zalında bərpa məşqi keçib. Digər qrup isə meydançadakı hazırlıqla günü başa vurub.

Qeyd edək ki, "Sumqayıt" FK Premyer Liqanın XIX turunda fevralın 19-da "Kapital Bank Arena"da AZAL-ı qəbul edəcək.