14/02/2017

"Sumqayıt" FK U-16 "Kəpəz"i, U-17 "Zirə"ni məğlub edib, U-15 isə heç-heçə edib


AFFA-nın təşkil Liqalarda növbəti turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun aşağı yaş qruplarında ötən həftə 3 oyun keçirilib. 16 yaşadək futbolçulardan ibarət komandamız səfərdə "Kəpəz" üzərində 5:1 hesablı qələbə qazanıb. Bu görüşdə komandamızdan qolları İbrahim Novruzov (3), Asəf Əliyev və Rüfət Abdullazadə vurub. 

"Sumqayıt" FK-nın U-17 komandası da son turu qələbə ilə başa vurub. "Zirə" ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb. Orxan Hüseynzadə dubl edib.

"Sumqayıt" FK-nın U-15 komandası isə "Neftçi İK İB" ilə üz-üzə gəlib və qarşılaşmada hesab açılmayıb.
 
Ötən həftə yalnız U-19 komandamız məğlub olub. Komandamız səfərdə "Qarabağ"la qarşılaşıb (2:5).