13/02/2017

"Sumqayıt" FK səfərdə "Neftçi" ilə qarşılaşıb


"Neftçi" - "Sumqayıt" 1:0
13 fevral 2017. Saat 17:30.“Bakcell Arena”, 1800 tamaşaçı
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Nahid Əliyev
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Kiril Petrov, 69 (qeyri-idman hərəkəti); Georgi Navalovski, 76 (qeyri-idman hərəkəti); Uqo Barqas, 86 (qeyri-idman hərəkəti); Məqsəd İsayev, 88 (qeyri-idman hərəkəti) // Xəyal Nəcəfov, 82 (qeyri-idman hərəkəti)
Qol: Uqo Barqas, 86
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Neftçi”
53. Maksim Vaylo
27. Məqsəd İsayev
6. Pavel Dreksa
25. Kiril Petrov
29. Georgi Navalovski
8. Zdenek Folprext
(9. Uqo Barqas, 78)
12. Daniel Seqovia
(80. Edson Kastilya, 90+1)
15. Ruslan Abışov (k)
11. İqnasio Herrera Fernandes
(17. Rəhman Hacıyev, 74)
7. Namiq Ələsgərov
23. Tərzin Cahangirov

Ehtiyat oyunçular:
33. Boban Baykoviç
22. Mahir Şükürov
10. Cavid İmamverdiyev
19. Fəhmin Muradbəyli

Baş məşqçi: Elxan Abdullayev

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
(9. Amil Yunanov, 88)
3. Vurğun Hüseynov (k)
7. Sergey Çernışev
8. Nicat Muxtarov
10. Məhəmməd Qurbanov
(77. Ehtiram Şahverdiyev, 80)
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
(74. Yusif Nəbiyev, 67)
22. Mirabdulla Abbasov
42. Kamran Abdullazadə
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
13. Bəhlul Mustafazadə
18. Süleyman Əhmədov
20. Fərhad Qıstarov

Baş məşqçi: Samir Abasov

Topaz Premyer Liqasında 18-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Bakcell Arena"da "Neftçi" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız minimal hesabla məğlub olub. Nəticəyə baxmayaraq, "Sumqayıt" FK 4-ci pillədəki mövqeyini qoruyub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Futbolda belə şeylər olur. 7 oyunluq məğlubiyyətsizlik seriyamız qırıldı. Bunu faciəyə çevirən deyilik. Qarşıda bizi AZAL-la daha çətin oyun gözləyir. Bu oyunda qol vəziyyətərinə baxsaq, "Neftçi" qələbəni haqq etdi. "Neftçi" ilə Sumqayıtda da oyunumuz olacaq. İnşallah bu görüşdə qələbə qazanarıq."