10/02/2017

"Neftçi" – "Sumqayıt" oyunu saat 17:30-da start götürəcək


Topaz Premyer Liqasının XVIII turun oyun cədvəli müəyyənləşib. Bu tur çərçivəsində keçiriləcək "Neftçi” PFK – "Sumqayıt” FK oyununun başlanma saatı açıqlanıb. Fevralın 13-də "Bakcell Arena”da baş tutacaq görüş saat 17:30-da start götürəcək.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun fevralın 12-də "Bayıl Arena”da keçiriləcək və saat 13:30-da başlanacaq.