09/02/2017

"Sumqayıt" FK "Kəpəz" üzərində inamlı qələbə qazanıb və 4-cü pilləyə yüksəlib


"Sumqayıt" - "Kəpəz" 3:1
9 fevral 2017. Saat 15:00. “Kapital Bank Arena”, 1200 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Cavanşir Yusifov
Dördüncü hakim: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: Nicat Muxtarov, 45 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 59 (qeyri-idman hərəkəti) // Novruz Məmmədov, 67 (qeyri-idman hərəkəti); Kərim Diniyev, 72 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 79 (hakim qərarına etiraz)
Qollar: Sergey Çernışev, 7; Azər Salahlı, 29; Məhəmməd Qurbanov, 61 // Kərim Diniyev, 71
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Sumqayıt”
1. Fərhad Vəliyev
7. Sergey Çernışev
8. Nicat Muxtarov
(5. Seymur Əsədov, 68)
9. Amil Yunanov
10. Məhəmməd Qurbanov
(22. Mirabdulla Abbasov, 78)
13. Bəhlul Mustafazadə
14. Bəxtiyar Həsənalızadə (k)
19. Azər Salahlı
20. Fərhad Qıstarov
(97. Xəyal Nəcəfov, 53)
42. Kamran Abdullazadə
74. Yusif Nəbiyev

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
18. Süleyman Əhmədov
21. Nasır Abilayev
77. Ehtiram Şahverdiyev

Baş məşqçi: Samir Abasov

“Kəpəz”
88. Tadas Simaitis
21. Novruz Məmmədov
15. Azad Kərimov
23. Tural Nərimanov
13. Şəhriyar Rəhimov (k)
5. Kərim Diniyev
68. Əli Nuri
(90. Julien Ebah, 24)
10. Dario Federiko
77. Serjio Kosta
(9. Tural Qürbətov, 87)
7. Vüqar Bəybalayev
(17. Nicat Qurbanov, 69)
19. Orxan Əliyev

Ehtiyat oyunçular:
30. Davud Kərimi
80. Tural Rzayev
6. Ceyhun Cavadov
14. Fərid Məmmədov

Baş məşqçi: Şahin Diniyev

Topaz Premyer Liqasında XVII turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Kəpəz"i qəbul edib. Rəqibindən üstün oyun nümayiş etdirən komandamız 3:1 hesablı qələbə qazanıb. Komandamızdan qolları Sergey Çernışev, Azər Salahlı və Məhəmməd Qurbanov vurub. 
Qarşılaşmadan əvvəl "Sumqayıt" FK-nın Müşahidə Şurasının sədri Abdulla Məmmədov və şuranın üzvü, veteran futbolçu Telman Salahov kapitan Vurğun Hüseynovu komandamızın heyətində 100-cü oyununa çıxdığı üçün mükafatlandırıb.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Danışası çox şey yoxdur. Allah futbolçularımızın əziyyətini yerdə qoymasın. Bu gün Bəhlul Mustafazadə ilk dəfə Premyer Liqada oyuna çıxmışdı. Başqa bir sistem də qura bilərdik, amma biz potensialı olan futbolçuları oynadacağıq. Uşaqlar yaxşı oynadı, nəticədə qələbə qazandıq”.