07/02/2017

"Sumqayıt" FK Bəhlul Mustafazadəni heyətinə qatıb


"Sumqayıt" Futbol Klubu daha bir futbolçunu heyətinə qatıb. Komandamız Azərbaycanın U-21 millisinin kapitanı Bəhlul Mustafazadəni "Qəbələ"dən ilyarımlıq icarəyə götürüb.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Bəhlul "Sumqayıt" FK-da 13 nömrəli formanı geyinəcək.