06/02/2017

"Sumqayıt" - "Kəpəz" oyunu saat 15:00-da start götürəcək


Topaz Premyer Liqasında XVII turun oyun cədvəli müəyyənləşib. "Sumqayıt" Futbol Klubu bu turda "Kəpəz"i qəbul edəcək. Oyun fevralın 9-da "Kapital Bank Arena"da saat 15:00-da start götürəcək. Turun bütün görüşləri CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, "Sumqayıt"la "Kəpəz"in əvəzediciləri isə bir gün əvvəl, fevralın 8-də saat 14:00-da "Kapital Bank Arena"da üz-üzə gələcək.


TPL, XVII tur
9 fevral (cümə axşamı)

“Sumqayıt” – “Kəpəz”
“Kapital Bank Arena”, 15:00