15/01/2012

Təbriz Həsənova uğurlar arzulayırıq


“Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernhard Raabın köməkçisi Təbriz Həsənov həm də 17 yaşadək futbolçulardan ibarət milli komandamızın çalışdırıcısıdır. Lakin adıçəkilən mütəxəssis bütün vaxtını yığmaya sərf etmək istədiyini bildirərək klubumuzla iş birliyinə son vermək qərarına gəlib. “Sumqayıt” Futbol Klubunun rəhbərliyi milli komandanın mənafeyini nəzərə alaraq Həsənova gələcək işlərində uğurlar arzulayıb və onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Təbriz Həsənova “Sumqayıt” Futbol Klubuna göstərdiyi bütün əməklərinə görə, təşəkkür edirik.