28/01/2017

"Sumqayıtn" FK "Qəbələ" ilə oyundan 1 xalla qayıdır


"Qəbələ" - "Sumqayıt" 1:1
28 yanvar 2017. Saat 15:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeylanov, Rza Məmmədov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Şaiq Həmidov
Sarı vərəqələr: Ruslan Qurbanov, 51 (hakim qərarına etiraz); Tellur Mütəllimov, 54 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 88 (qeyri-idman hərəkəti) // Azər Salahlı, 13 (qeyri-idman hərəkəti); Fərhad Qıstarov, 31 (qeyri-idman hərəkəti); Nicat Muxtarov, 51 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 81 (qeyri-idman hərəkəti)
Qollar: Vitali Vernidub, 58 // Məhəmməd Qurbanov, 53
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

“Qəbələ”
22. Dmitri Bezotosnı
6. Rəşad Sadiqov (k)
(14.Cavid Hüseynov, 82)
7. Nika Kvekveskiri
(27. Teo Uiks, 62)
9. Sergey Zenyov
10. Ruslan Qurbanov
(77. Araz Abdullayev, 78)
11. Asif Məmmədov
15. Vitali Vernidub
19. Filip Ozobiç
20. Rikardinyo
34. Urfan Abbasov
88. Tellur Mütəllimov

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
17. Məhəmməd Mirzəbəyov
18. Baqali Dabo
21. Roman Hüseynov

Baş məşqçi: Roman Qriqorçuk

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
8. Nicat Muxtarov
10. Məhəmməd Qurbanov
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
22. Mirabdulla Abbasov
(9. Amil Yunanov, 75)
42. Kamran Abdullazadə
97. Xəyal Nəcəfov
(21. Nasır Abilayev, 79)
20. Fərhad Qıstarov
(7. Sergey Çernışev, 46)

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Seymur Əsədov
18. Süleyman Əhmədov
76. Bayram Nuruzadə

Baş məşqçi: Samir Abasov


Topaz Premyer Liqasında mövsümün ikinci yarısı start götürüb. "Sumqayıt" Futbol Klubu XV turda "Qəbələ"nin qonağı olub. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 1 xal qazanıb. 1:1 hesabı ilə başa çatan qarşılaşmada "Sumqayıt" FK-dan yeganə qolu 53-cü dəqiqədə Məhəmməd Qurbanov vurub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): “Çətin səfər oyunu oldu. Özü də qış fasiləsindən sonra bu cür rəqibə qarşı. Üstəlik heyətdə də dəyişikliklər var idi. Maraqlı oyuna şahidlik etdik. Futbolçularımızda bir qədər həyəcan var idi. İstədiyikmiz qolu vurduq. Amma tez də qapımızda qol gördük. Sona qədər mübarizə aparıb istədiyimiz nəticəni qazandıq".