27/01/2017

Fərhad Qıstarov "Sumqayıt" FK ilə 1,5 illik müqavilə bağlayıb


"Sumqayıt" FK növbəti transferini reallaşdırıb. Komandamız 1994-cü il təvəllüdlü dayaq yarımmüdafiəçisi Fərhad Qıstarovu heyətinə qatıb. Əslən Balakən rayonundan olan adıçəkilən futbolçu klubumuzla 1,5 illik müqavilə imzalayıb. Fərhad "Sumqayıt" FK-da 20 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Qıstarov "Dinamo" (Stavropol), SKA (Rostov) kimi klublarının şərəfini qoruyub.