27/01/2017

Sergey Çernışev "Sumqayıt" FK ilə müqavilə imzalayıb


Premyer Liqanın ikinci yarısına hazırlaşan "Sumqayıt" Futbol Klubu heyətini gücləndirib. Komandamız U-21 millimizin heyətində çıxış etmiş cinah yarımmüdafiəçisi Sergey Çernışevi heyətinə qatıb. 27 yaşlı futbolçu klubumuzla 1,5 illik müqavilə imzalayıb. O, "Sumqayıt" FK-da 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 1990-cu ildə Bakıda doğulmuş Çernışev karyerası ərzində, "Rəvan", "Taqanroq" (13 oyun, 4 qol), "Dinamo QTS" (28 oyun, 3 qol), "Lokomotiv" (8 oyun, 1 qol) və "Drujba" (15 oyun, 2 qol) klublarının şərəfini qoruyub.