12/01/2012

U-17 komandamız “Qarabağ”lı həmyaşıdları ilə qarşılaşacaq


“Sumqayıt” Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası “Azarcell U-17 Liqa”sının ikinci dövrəsi üçün hazırlığına start verib. Tağı Məmmədovun komandası yanvarın 15-də saat 15:00-da Sərhətçi İdman Kompleksinin stadionunda “Qarabağ”ın U-17 komandası ilə yoxlama oyunu keçirəcək.

Bundan başqa, U-17 komandamız bir futbolçu 1996-cı il təvəllüdlü İlkin Muradovu heyətinə qatıb.