23/01/2017

Fəxrəddin Həsənov - 60!


Bu gün "Sumqayıt" Futbol Klubu akademiyasının meneceri Fəxrəddin Həsənovun 60 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə "Sumqayıt" Futbol Klubu Fəxrəddin müəllimi səmimi qəlbdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, klubumuzun inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Yubilyara həmçinin klub adından üzərində 60 yazılmış oyun geyimi hədiyyə edilib.