"Sumqayıt" FK məşqlərə başladı


Premyer Liqanın ikinci yarısına hazırlaşan "Sumqayıt" Futbol Klubu Antalya toplanışından qayıtdıqdan sonra iki günlük istirahəti başa vuraraq məşqlərə sart verib. Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saat 17:00-da "Kapital Bank Arena"da ilk məşqini keçirib. Zədəli olan Vaqif Güləliyev hazırlığa qatılmayıb, bərpa prosesi keçən Ayaz Mehdiyev isə fərdi məşqlərlə kifayətlənib. Bu arada, U-21-in düşərgəsindən qayıdan Xəyal Nəcəfov və Yusif Nəbiyev də artıq kollektivə qoşulub.

Qeyd edək ki, "Sumqayıt" FK həftəsonu Premyer Liqanın 15-ci turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq.