23/01/2017

"Sumqayıt" FK-nın əvəzediciləri "Zirə" ilə yoxlama oyunu keçirib


“Sumqayıt” Futbol Klubunun əsas komandası ilə yanaşı əvəzediciləri də çempionatın 3-cü dövrəsi üçün təlim-məşq toplanışını başa vurub. Komandamız hazırlıq prosesi çərçivəsində son yoxlama oyununu keçirib. "Sumqayıt"FK-nın əvəzediciləri "Kapital Bank Arena"da "Zirə"nin əvəzediciləri ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyunda komandamızdan yeganə qolu Fərid Kərimzadə vurub.
Xatırladaq ki, bundan öncə əvəzedicilərimiz "Şahdağ" və "İnter"in əvəzediciləri ilə yoxlama oyunu keçirmişdi və hər iki oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.

Qeyd edək ki, "Sumqayıt" FK-nın əvəzediciləri 2 günlük isirahətin ardından sabahdan etibarən "Qəbələ" ilə oyunun hazırlığına başlayacaq.