18/01/2017

Əvəzedicilərimiz “İnter” və “Şahdağ”la yoxlama oyunu keçirib


“Sumqayıt” Futbol Klubunun əsas komandası ilə yanaşı əvəzediciləri də çempionatın 3-cü dövrəsi üçün təlim-məşq toplanışını davam etdirir. Sumqayıtda gündə iki dəfə olmaqla məşq edən komandamız bu müddət ərzində 2 yoxlama oyunu keçirib. Əvəzedicilərimiz ilk olaraq, səfərdə “İnter”in əvəzediciləri ilə qarşılaşıb və matçdan 2:2 hesablı heç-heçə ilə ayrılıb. Qolları Süleyman Piriyev və Murad Məmmədxanov vurub.

Bundan başqa, “Sumqayıt” FK-nın əvəzediciləri bu gün 1-ci divizion təmsilçisi “Şahdağ”la üz-üzə gəlib. “Kapital Bank Arena”da baş tutan görüş də, eyni hesabla başa çatıb. Bu oyunda Əli Əlimərdanlı və Elvin Nəsibov fərqlənib.