18/01/2017

Daha bir futbolçumuz U-17 millisinə dəvət edilib


Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası yanvarın 15-dən 20-dək Bakı şəhərində və 21-dən fevralın 1-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək. "Sumqayıt" Futbol Klubunun 4 futbolçusu - Rəvan Məmmədov, Səbuhi Abdullazadə, Asəf Əliyev və Rüfət Abdullazadə yığmanın düşərgəsinə dəvət alması barədə məlumat vermişdik. Dörd futbolçudan başqa, daha bir futbolçumuz - Kənan Əşrəfli də millinin düşərgəsinə dəvət edilib.