17/01/2017

"Sumqayıt" FK-nın Antalya gündəliyi VII gün


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Sumqayıt" Futbol Klubu qonşu ölkədə hazırlığını davam etdirir. Komandamız bu gün 2 məşq əsnasında günü başa vurub. Yerli vaxtla saat 10:00-da baş tutan səhər məşqində komana iki hissəyə bölünüb. Bir gün əvvəl “Nasaf” ilə matçın ilk onbirliyində yer alan futbolçular yüngül qaçışla kifayətlənib. Digər qrup isə plan əsasında çalışmalarını davam etdirib və məşqin sonunu iki tərəfli oyunla yekunlaşdırıb.

"Sumqayıt" FK-nın yerli vaxtla saat 17:00-da start götürən hazırlığı isə fitness klubda baş tutub. Hazırlıq təxminən 50 dəqiqə davam edib.

Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi komanda sabah da 2 məşq əsasında günü yekunlaşdıracaq. Məşqlər saat 10:30 və 16:30-da baş tutacaq.