16/01/2017

"Sumqayıt" FK Özbəkistan təmsilçisi “Nasaf”la yoxlama oyunu keçirib


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə bu gün növbəti yoxlama oyununu keçirib. Komandamız Özbəkistan klubu “Nasaf”la qarşılaşıb. "The Sense Luks" otelinin stadionunda baş tutan və Bakı vaxtı ilə saat 16:30-da start götürən oyunda komandamız minimal hesabla məğlub olub. Qeyd edək ki, "Nasaf" son mövsüm ölkə çepionatını 3-cü pillədə başa vurub.

Xatırladaq ki, “Sumqayıt” FK Antalyada son yoxlama oyununu isə yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək.

Samir Abasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Antalyada ikinci yoxlama oyunumuzu keçirdik. İki fərqli hissəyə şahidlik etdik. İlk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komandadan və ehtiyat oyunçuları sınaqdan keçirdik. Üç gündən sonra daha bir yoxlama oyunumuz olduğu üçün gücümüzü yarı bölmək üçün demək olarki bütün futbolçuların xidmətindən yararlandıq. Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də ondan ibarətdir ki, bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdır. Maraqlı oyun oldu. Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam. Futbolçular demək olarki bütün tapşırıqların öhdəsindən gəldi. İraliləyişi artıq hiss edirik. İnşallah çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.

“Sumqayıt” FK (Azərbaycan) – “Nasaf” (Özbəkistan) 0:1