16/01/2017

"Sumqayıt" FK bu gün “Nasaf” ilə yoxlama oyunu keçirəcək


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə bu gün növbəti yoxlama oyununa çıxacaq. Komandamız Özbəkistan klubu “Nasaf”la üz-üzə gələcək. Qarşılaşma "The Sense Luks" otelinin stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Qeyd edək ki, 30 yaşlı "Nasaf" son mövsüm ölkə çepionatını 3-cü pillədə başa vurub.