15/01/2017

"Sumqayıt" FK Antaklyada hazırlığını davam etdirir


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Sumqayıt" Futbol Klubu qonşu ölkədə hazırlığını davam etdirir. Komandamız bu gün 2 məşq əsnasında günü başa vurub. Hazırlığın 5-ci günündə baş tutan və yerli vaxtla saat 10:30-da baş tutan səhər məşqində komanda daha çox müxtəlif taktiki gedişlər üzərində çalışıb. Saat 16:30-da baş tutan axşam məşqində isə komanda əvvəlcə “kvadrat” oynayıb, ardından isə futbolçular iki tərəfli oyunla məşqi başa vurub.