14/01/2017

"Sumqayıt" FK-nın Antalya gündəliyi IV gün


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Sumqayıt" Futbol Klubu qonşu ölkədə hazırlığını davam etdirir. Komandamız bu gün 2 məşq əsnasında günü başa vurub. Yerli vaxtla saat 10:00-da baş tutan səhər məşqində komana iki hissəyə bölünüb. Bir gün əvvəl “Şkenderbeu” ilə matçın ilk onbirliyində yer alan futbolçular yüngül qaçışla kifayətlənərək hazırlığın sonunda "tennis-bol" oynayıb. Digər qrup isə plan əsasında çalışmalarını davam etdirib və məşqin sonunu iki tərəfli oyunla yekunlaşdırıb.

"Sumqayıt" FK-nın yerli vaxtla saat 16:00-da start götürən hazırlığı isə fitness klubda baş tutub. Hazırlıq təxminən 50 dəqiqə davam edib.

Qeyd edək ki, Samir Abasovun rəhbərlik etdiyi komanda sabah da 2 məşq əsasında günü yekunlaşdıracaq. Məşqlər saat 10:30 və 16:30-da baş tutacaq.