09/01/2012

“Sumqayıt” gündə iki dəfə olmaqla hazırlığını davam etdirir


“Sumqayıt” Futbol Klubu Premyer Liqanın ikinci dövrəsi üçün hazırlıq prosesini Olimpiya Yığmalarının Təlim-Məşq bazasında davam etdirir. İstirahətdən qayıdan Andriy Popoviç, Ruslan Qurbanov, Bədavi Hüseynov, Abdulla Abatsiyev və Timur İsrafilov da artıq məşqlərdə iştirak edir. Əməliyyat olunduqdan sonra bərpa prosesi keçən Ruslan Qurbanov bugünki məşqdə yalnız qaçışla kifayətlənib. Murad Səttarlı isə ayağında ağrılar hiss etdiyi üçün fərdi hazırlaşır. Əvəzediciheyətin yarımmüdafiəçisi Bəxtiyar Həsənalı-Zadə əsas komanda ilə hazırlaşır. Komandamız gün ərzində iki dəfə məşq edir.

Nəzərinizə çatdıraq ki, 5 futbolçumuz – Emil Balayev, Samir Yusifov, Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Camaləddinov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə iştirak etdiyi üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq.