13/01/2017

"Sumqayıt" FK bu gün “Şkenderbeu” ilə qarşılaşıb


“Sumqayıt” Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində bu gün Antalyada ilk yoxlama oyununa çıxıb. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 18:00 start götürən oyunda komandamız meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib. "Sumqayıt" FK-nın yeganə qolunun müəllifi Mirabdulla Abbasov olub.

Qeyd edək ki, 7 dəfə Albaniya çempionu olmuş “Şkenderbeu” hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb.