13/01/2017

"Sumqayıt" FK bu gün “Şkenderbeu” ilə yoxlama oyunu keçirəcək


“Sumqayıt” Futbol Klubunun Antalyada 3 yoxlama oyunu keçirəcəyi barədə xəbər vermişik. Komandamız bu gün qonşu ölkədə ilk sınaq matçına çıxacaq. "Sumqayıt" FK Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşcaq. Həmin görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qarşılaşma Lara-da "Titanik" otelin stadionunda keçiriləcək.

Qeyd edək ki, 7 dəfə Albaniya çempionu olmuş “Şkenderbeu” hazırda milli çempionatda 32 xalla 3-cü pillədə qərarlaşıb.