09/01/2012

“Sumqayıt” FK Eldar Məmmədova gələcək karyerasında uğurlar arzulayır


“Sumqayıt” Futbol Klubu Premyer Liqanın ikinci mərhələsinin hazırlığını davam etdirir. Yeni transferlərlə yanaşı, komandamızdan ayrılan futbolçuların adı açıqlanmaqdadır. Rəşad Kərimov, Ramil Nuriyevin ardından Eldar Məmmədovla da müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. “Sumqayıt” FK adıçəkilən futbolçuya gələcək karyerasında uğurlar arzulayır

“Ailə vəziyyətimlə əlaqədar Rusiyaya qayıtmağım lazım idi. Digər tərəfdən adıçəkilən ölkədən bir neçə cəlbedici təklif almağım erkən qərar verməyimə səbəb oldu. “Sumqayıt” Futbol Klubundakı çıxışımdan razı qaldığımı deyə bilərəm. Bu komanda gələcəkdə xeyli uğurlara imza atacaq”, - deyə Eldar Məmmədov klubun rəsmi saytına açıqlama verib.

Qeyd edək ki, 21 yaşlı futbolçu “Sumqayıt”ın heyətində “Kəpəz” və AZAL-la qarşılaşmalarda qol vurub.