11/01/2017

“Sumqayıt” FK Antalyada ilk məşqinə çıxıb


"Sumqayıt” Futbol Klubu bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib. Samir Abasovun rəhbərlik etdiyi komanda axşam saatlarında qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. “Sumqayıt” FK hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, komandamız sabah Antalyada iki məşqə çıxacaq.