11/01/2017

Amit Quluzadə "Sumqayıt" FK-dan Yunanıstan yüksək liqasına yollanıb


Son iki mövsümdə "Sumqayıt" Futbol Klubunun formasını geyinən Amit Quluzadə karyerasını Yunanıstanda davam etdirəcək. Adıçəkilən futbolçu Yunanıstan yüksək liqasında çıxış edən AEL Larisa klubu ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Sumqayıt" FK ayın əvvəlində bu keçid üçün adıçəkilən klubdan rəsmi məktub almışdı. Klubumuz ölkə futbolunun gələcəyini düşünərək Amit üçün heç bir kompensasiya tələb etməyib.

"Sumqayıt" FK olaraq, sabiq futbolçumuza gələcək karyerasında uğurlar arzulayır, ona klubumuzdakı xidmətlərinə görə təşəkkür edirik.

Qeyd edək ki, Amit "Sumqayıt" FK-nın heyətində 34 oyunda iştirak edib və 1 qol vurub.