11/01/2017

"Sumqayıt" FK Antalyada


Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşan "Sumqayıt" Futbol Klubu xəbər verdiyimiz kimi bu gün 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yola düşüb. Yerli vaxtla saat 15:00-da qonşu ölkəyə çatan komandamız əvvəlcədən məlumat verdiyimiz kimi "The Sense De Luxe" otelində məşkunlaşıb. "Sumqayıt" FK bu gün 18:00-da Antalyada ilk məşqinə çıxacaq.
“Sumqayıt” Futbol Klubu qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Komandamız ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi “Şkenderbeu” klubu ilə qarşılaşcaq. Üç gün sonra isə komandamız Özbəkistan təmsilçisi “Nasaf”ı sınağa çəkəcək. Samir Abasovun yetirmələri yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau” ilə üz-üzə gələcək.
Yoxlama oyunlarının başlama saatları ilə bağlı rəsmi internet səhifəmizdə məlumat veriləcək.