06/01/2017

"Sumqayıt" FK yanvarın 10-da Antalyaya yola düşəcək


Bu həftə dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq "Sumqayıt" Futbol Klubu ötən mövsüm olduğu kimi təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək komandamız 10 gün hazırlıq prosesi keçəcək. "Sumqayıt" FK Antalyada "The Sense De Luxe" otelində məşkunlaşacaq. Komandamız Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək.