06/01/2012

Uğur Pamuk 1,5 illik müqavilə imzalayıb


“Sumqayıt” Futbol Klubu növbəti transferini rəsmiləşdirib. Almaniyanın “TUS Dornberq” klubunda forma geyinmiş, Azərbaycan əsilli Uğur Pamuk komandamızla 1,5 illik müqaviləyə imza atıb.

Nəzərinizə çatdıraq ki, 22 yaşlı Uğur “TUS Dornberq” klubunun heyətində cari mövsümdə 16 qarşılaşmada rəqib qapılarından 1 top keçirib.