04/01/2017

“Sumqayıt” FK Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığa başladı


“Sumqayıt” Futbol Klubu 13 günlük istirahəti başa vuraraq Premyer Liqanın 3-cü dövrəsi üçün hazırlığa start verib. Komandamız bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altına 2017-ci ildə Sumqayıtda ilk məşqini keçirib. “Sumqayıt” FK ilk məşq günündə dənizkənarında qaçışla kifayətlənib. Qeyd edək ki, komandanın üzvü Süleyman Əhmədov U-19 millisinin heyətində yer aldığı üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq. Bundan başqa, baş məşqçi əvəzedici komandanın 3 futbolçusu - Xaliq İbrahimov, Ülvi Süleymanov və Tural Bayramlını əsas heyətə cəlb edib. “Sumqayıt” FK-nın növbəti məşqi də sabah saat 11:00-da Sumqayıtda olacaq.

Qeyd edək ki, "Sumqayıt" FK-nın təlim-məşq toplanışı və yoxlama oyunlarının proqramı rəsmi sayt vasitəsi ilə diqqətinizə çatdırılacaq.