29/12/2016

Akademiyanın məşqçiləri ilə görüş keçirilib


“Sumqayıt” Futbol Klubunun rəhbərliyi Futbol Akademiyasında fəaliyyət göstərən məşqçi heyəti ilə görüş keçirib. İclasda klubun prezidenti Kamran Quliyev, aşağı yaş qrupları üzrə koordinatorlar - Vaqif Paşayev, Baba Əsgərov, Sabir Əliyev və məşqçi heyəti iştirak edib. Görüş zamanı klubun AFFA tərəfindən təşkil olunmuş liqalarda ilk yarımilliyin yekunları ilə əlaqədar fikir mübadiləsi aparılıb. İclasda mütəxəssislərin təklifləri dinlənilib, rəhbərlik tərəfindən bəzi tövsiyyə və tapşırıqlar verilib.