Vaqif Cavadovla müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib


"Sumqayıt" Futbol Klubunun yarımmüdafiəçisi Vaqif Cavadovla müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, adıçəkilən futbolçu cari mövsümdə komandamızın heyətində 13 oyunda ümumilikdə 916 dəqiqə meydanda olub və 3 qol vurub.

"Sumqayıt" FK Vaqif Cavadova gələcək karyerasında uğurlar arzulayır.