22/12/2016

Məşqçilər Komitəsinin üzvləri Sumqayıtda olub


Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri - Vaqif Sadıqov, Ağasəlim Mircavadov və Şakir Qəribov “Sumqayıt” Futbol Klubunun qonağı olub. Görüşdə klubun prezidenti Kamran Quliyev, baş menecer Ceyhun Sultanov, A komandanın baş məşqçisi Samir Abasov, akademiyanın koordinatorları Vaqif Paşayev, Baba Əsgərov və Sabir Əliyev iştirak edib. Əsasən uşaq futbolunun inkişaf yolunda təklif və tövsiyyələrini verən komitə üzvləri akademiyanın məşq prosesini izləyib.