17/12/2016

"Sumqayıt" "Zirə"ni məğlub edib 2016-cı ili 4-cü pillədə tamamladı


"Sumqayıt" - "Zirə" 1:0
17 dekabr 2016. Saat 16:00. “Kapital Bank Arena”, 500 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Vüqar Bayramov
Dördüncü hakim: Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: A. Nəzirov, 70. A. Nağıyev, 71. E. Nəbiyev, 88 / A. Quluzadə, 82. K. Abdullazadə, 86.
Qollar: Mirabdulla Abbasov, 14.

Topaz Premyer Liqasında 14-cü turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə Samir Abasovun komandası 1:0 hesablı qələbə qazanıb. Komandamızdan yeganə qolu 14-cü dəqiqədə Mirabdulla Abbasov vurub. Bu qələbədən sonra "Sumqayıt" FK 2016-cı ili 4-cü pillədə başa vurub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "Sevinirəm ki, mövsümün ilk yarısını 4-cü yerdə bitirdik. Tətilə yüksək əhval-ruhiyyədə yollanmağı bacardıq. Hava şəraiti futbol üçün əlverişli deyildi. Belədə, vuruşmaq, əzmkarlıq göstərmək lazım idi ki, bunu da uşaqlar etdi. Tələsməyək, çünki bu, marafonun yarısıdı. Bu mövqeyi finişədək qorusaq, onda bayram etməyə dəyər".