"Sumqayıt" FK-nın akademiyasından 4 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalarda bu həftə və həftəsonu növbəti turun oyunları keçirilib. Paytaxt zonasında mübarizə aparan "Sumqayıt" FK-nın U-17 komandası bu gün "Kapital Bank Arena"da AZAL-ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Şimal zonasında isə "Sumqayıt" FK U-12, U-11 və U-10 komandaları da turu qələbə ilə başa vurub.

Ötən həftə U-15 komandamız "Vətən"ə minimal hesabla məğlub olub, U-13 komandamız isə "Abşeron"la heç-heçə edib.


U-17 Liqası
“Sumqayıt” FK – “AZAL” 3:1
Amil Məmmədov (2), Orxan Hüseynzadə.

U-15 Liqası
“Sumqayıt” FK – “Vətən” 0:1

U-13 Liqası
"Sumqayıt" FK - "Abşeron" 2:2
Fərid Mehdiyev (2).

U-12 Liqası
“Sumqayıt” FK – “UGİM-1” 4:0
Ümid Rəcəbov, Elnar Məmmədli, Qulamhüseyn Həsənov, Emil Mehdizadə.

U-11 Liqası
"Sumqayıt" FK - "İEOUGİM" 6:3
İsmayıl Əliyev (3), Nihad Əhmədzadə (2), Cavidan Hacızadə.

U-10 Liqası
"Sumqayıt" FK - "Təhsil" RİM 2:1
Raul Əliyev (2).