28/11/2016

"Sumqayayıt" FK-nın akademiyasından 4 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalarda bu həftə və həftəsonu növbəti turun oyunları keçirilib. Paytaxt zonasında mübarizə aparan "Sumqayıt" FK-nın U-19 komandası "Şərurspor"u böyükhesabla məğlubiyyətə uğradıb, U-17 komandamız isə "Səbail"ə uduzub.

Bundan başqa, U-15 komandamız dünən "Kapital Bank Arena"da "Qarabağ"la heç-heçə edib (2:2).

Şimal zonasında isə "Sumqayıt" FK U-13, U-11 və U-10 böyükhesablı qələbələrə sevinib, yalnız U-12 "Təhsil RİM"lə heç-heçə edib.

U-19 Liqası
“Şərurspor” – “Sumqayıt” FK 7:0
Əli Əliyev (2), Asif Hacıyev (2), Murad Məmmədxanov (2), Samir Mehdizadə

U-17 Liqası
“Səbail” – “Sumqayıt” FK 6:0

U-15 Liqası
“Sumqayıt” FK – “Qarabağ” 2:2
Fərhad Salamzadə, Nihad Bağırov.

U-13 Liqası
"Sumqayıt" FK - "Həkəri" 3:1
Fərid Muxtarov (2), Süleyman Süleymanov.

U-12 Liqası
“Sumqayıt” FK – “Təhsil” RİM 0:0

U-11 Liqası
"Sumqayıt" FK - "Təhsil" 4:1
Cavidan Hacızadə (2), Əhmədzadə Nihat (2).

U-10 Liqası
"Sumqayıt" FK - "UGİM-1" 4:0
Renat Qurbanov, Raul Əliyev, Emil Həsənov, Rəvan Murtuzayev.