25/11/2016

AZAL- "Sumqayıt" FK oyununu Ramil Diniyev idarə edəcək


Topaz Premyer Liqasında XIII turun bütün təyinatları məlumdur. Səfərdə baş tutacaq AZAL - "Sumqayıt" oyununu Ramil Diniyev idarə edəcək. Qarşılaşma noyabrın 27-də saat 16:00-da AZAL Arenada keçiriləcək.

Bu komandaların əvəzedici heyətləri isə noyabrın 26-da üz-üzə gələcək. Saat 14:00-da AZAL Arenada baş tutacaq görüşü isə Namiq Bəkirov idarə edəcək.

Premyer Liqa, XIII tur
AZAL – “Sumqayıt”
Hakimlər:
Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Vüsal Əliyev
“AZAL Arena”, 16:00

Əvəzedicilər, XIII tur
AZAL – “Sumqayıt”
Hakimlər:
Namiq Bəkirov, Teymur Teymurov, Rəşadət Cəfərov, Emil Müsadiq
Hakim-inspektor: Rasim Əhmədov
“AZAL Arena”, 14:00