23/11/2016

"Sumqayıt" FK istirahəti başa vurub məşqlərə start verdi


Premyer Liqanın son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" Futbol Klubu 2 günlük istirahəti başa vurub. Komandamız bu gün "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib. Son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb. "Sumqayıt" FK-nın növbəti məşqi noyabrın 24-də saat 11-də olacaq.

Qeyd edək edək ki, Premyer Liqanın 13-cü turunda AZAL Arenada baş tutacaq AZAL - "Sumqayıt" oyunu noyabrın 27-də saat 16:00-da keçiriləcək.