04/01/2012

Məşqçilərlə görüş keçirilib


“Sumqayıt” Futbol Klubunun rəhbərliyi Futbol Akademiyasında fəaliyyət göstərən məşqçi heyəti ilə görüş keçirib. İclasda klubun AFFA tərəfindən təşkil olunmuş liqalarda birinci dövrənin yekunları ilə əlaqədar fikir mübadiləsi aparılıb. Görüşdə mütəxəssislərin təklifləri dinlənilib, rəhbərlik tərəfindən bəzi tövsiyyələr verilib.