21/11/2016

"Sumqayayıt" FK-nın akademiyasından 7 qələbə, 1 heç-heçə və 4 məğlubiyyət


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalarda bu həftə və həftəsonu növbəti turun oyunları keçirilib. Paytaxt zonasında mübarizə aparan "Sumqayıt" FK-nın U-19 komandası "Vətən"lə heç-heçə edib, U-17 isə doğma arenada "Qarabağ"a məğlub olub.

Bundan başqa, U-16 komandamız dünən "Kapital Bank Arena"da "Kəpəz"lə keçirilmiş qarşılaşmada 3:1 hesablı qələbəyə sevinib. 

U-15 və U-14 komandalarımız isə eyni hesabla "Zirə" və "Qarabağ"a məğub olub.

Şimal zonasında isə 1 həftə ərzində 2 oyun keçirilib. Belə ki, U-13, U-12, U-11 və U-10 komandalarımız böyükhesablı qələbələrə sevinib.

U-19 Liqa
"Vətən" - "Sumqayıt" FK 1:1
Aqşin Hüseynov.

U-17 Liqa
"Sumqayıt" FK - "Qarabağ" 1:2
Cavid Quliyev.

U-16 Liqası
"Sumqayıt" FK - "Kəpəz" 3:1
Asəf Əliyev, Eltun Nağıyev, Rüfət Abdullazadə.

U-15 Liqası
"Zirə" - "Sumqayıt" FK 2:1
Fərhad Salamzadə.

U-14 Liqası
"Qarabağ" - "Sumqayıt" FK 2:1
İbrahim Əhmədov.

U-13 Liqası
"Sumqayıt" FK - İEOUGİM 1:2
Rəhman Məmmədov.

"Sumqayıt" FK - "Abşeron" 4:2
Fərid Muxtarov (2), Rəhman Məmmədov, Süleyman Süleymanov, Sənan Ağayev.

U-12 Liqası
"Sumqayıt" FK - "UGİM 14" 3:0
Kənan Cavadlı (2) Elnar Məmmədli.

U-11 Liqası
"Sumqayıt" FK - "Uğur" 17:0
Namiq Məmmədzadə (4), İsmayıl Əliyev (3), Aqşin Ağayev (3), Cavidan Hacızadə (3), Nihad Əhmədzadə (2), Rəvan Məşiyev, Ömər Vəlimətov.

"Sumqayıt" FK - "Sumqayıtspor" 6:1
Cavidan Hacızadə (2), Nihad Əhmədzadə (2), Aqşin Ağayev, İsmayıl Əliyev.

U-10 Liqası
"Sumqayıt" FK - "Uğur" 10:0
Renat Qurbanov (3), Emil Həsənov (2), Kazım Zülfüqarlı (2), Cəsur Əliyev, Emil Şirinov, Mətin Sərxanlı.

"Sumqayıt" FK - İEOUGİM 4:2
Renat Qurbanov (3), Raul Əliyev.