20/11/2016

"Sumqayıt" FK "Neftçi" üzərində inamlı qələbə qazandı


"Sumqayıt" - "Neftçi" 2:0
20 noyabr 2016. Saat 14:00. “Kapital Bank Arena”, 1300 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, İsgəndər Əliyev
Dördüncü hakim: Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sarı vərəqələr: A. Quluzadə, 41. A. Mehdiyev, 63. E. Bədəlov, 65.
Qollar: Amit Quluzadə, 3. Mirabdulla Abbasov, 73.

“Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
10. Məhəmməd Qurbanov
(7. Vaqif Cavadov, 79)
14. Bəxtiyar Həsənalızadə
19. Azər Salahlı
22. Mirabdulla Abbasov
(18. Süleyman Əhmədov, 86)
24. Amit Quluzadə
25. Ayaz Mehdiyev
66. Afşin Esmaeilzadeh
(5. Seymur Əsədov, 69)
97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
8. Nicat Muxtarov
9. Amil Yunanov
42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov

“Neftçi”
33. Boban Baykoviç
4. Rahil Məmmədov
7. Araz Abdullayev (k)
10. Cavid İmamverdiyev
13. Murad Ağayev
(23. Tərzin Cahangirov, 80)
17. Rəhman Hacıyev
22. Mahir Şükürov
(27. Məqsəd İsayev, 67)
26. Kamal Qurbanov
80. Edson Kastilya
90. Jonas Pesalli
95. Elvin Bədəlov

Ehtiyat oyunçular:
53. Maksim Vaylo
20. Eltun Yaqublu
42. Elvin Sərkərov
49. İbrahim Əliyev
88. Orxan Qurbanlı

Baş məşqçi: Elxan Abdullayev

Topaz Premyer Liqasında XII turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubu "Kapital Bank Arena"da "Neftçi" PFK üzərində inamlı qələbə qazanıb. Komandamızdan qolları 3-cü dəqiqədə Amit Quluzadə və 73-cü əqiqədə Mirabdulla Abbasov vurub.

Samir Abasov ("Sumqayıt" FK-nın baş məşqçisi): "İlk dəqiqələrdən niyyətimiz bəlli idi. Oyun da göstərdi ki, meydana qələbə üçün çıxmışdıq. Sevindirici haldır ki, qoldan sonra yenə hücumlar etdik. Bu həftə Avropada möhtəşəm futbol həftəsidir. İstəyirdik ki, biz də bu möhtəşəm həftədə azarkeşlərimizi sevindirək. Komandanın sabit oyun sərgiləməsi üçün çox çalışmaq lazımdı. Təcrübə baxımından problemimiz var. Belə oyunlar futbolçularımıza dərsdir. Desəm ki, hər oyun belə oynayacıq, yalan olar”.