18/11/2016

"Sumqayıt" - "Neftçi" oyununu Rəhim Həsənov idarə edəcək


Topaz Premyer Liqasında XII turun təyinatları müəyyənləşib. 2 gün ərzində keçiriləcək turun bütün oyunları CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq. 20 noyabr saat 14:00-da "Kapital Bank Arena"da baş tutacaq "Sumqayıt" - "Neftçi" oyununu FİFA referisi Rəhim Həsənov idarə edəcək.

Qeyd edək ki, bu komandaların əvəzediciləri isə bir gün əvvəl saat 15:00-da "Kapital Bank Arena"da üz-üzə gələcək.

Premyer Liqa, XII tur
“Sumqayıt” – “Neftçi”
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Kapital Bank Arena”, 14:00

Əvəzedicilər, XII tur
“Sumqayıt” – “Neftçi”
Hakimlər:
Ramiz Məhərrəmov, Əli Cəbrayılov, Müslüm Mövludov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Erkin Hüseynov
“Kapital Bank Arena”, 15:00