15/11/2016

"Sumqayıt" FK-nın akademiyasından 4 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalarda bu həftə və həftəsonu növbəti turun oyunları keçirilib. Paytaxt zonasında mübarizə aparan "Sumqayıt" FK-nın U-17 səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. U-15 "Qəbələ"yə minimal hesabla məğlub olub, U-14 komandamız isə "Əlincə" ilə heç-heçə edib (1:1).

Şimal zonasında mübarizə aparan aşağı yaş qruplarımız da həftəsonu keçirilən oyunlarda böyükhesablı qələbələr qazanıb. "Sumqayıt" FK U-13 "Həkər"ini 3:0, U-12 "Təhsil Xızı"nı 9:0, U-11 isə "Təhsil"i 4:1 hesabı ilə üstələyib. U-10 komandamız isə "Təhsil RİM"lə 1:1 hesablı heç-heçəyə razılaşıb.

U-17 Liqa
"Kəpəz" - "Sumqayıt" FK 0:2
Amil Məmmədov, Orxan Hüseynzadə.

U-15 Liqası
"Sumqayıt" FK - "Qəbələ" 0:1

U-14 Liqası
"Əlincə" - "Sumqayıt" FK 1:1
Xəqani Cavazadə.

U-13 Liqası
"Sumqayıt" FK - "Həkəri" 3:0
Rəhman Məmmədov, Eltun Quliyev, Nəriman Qəniyev.

U-12 Liqası
"Sumqayıt" FK - "Təhsil Xızı" 9:0
Elnar Məmmədli (2), Rəvan Əsgərzadə (2), Cavid Fərzəliyev, İntiqam Seyidov, Murad Rüstəmov, Emil Mehdizadə, Sənan Hüseynov.

U-11 Liqası
"Sumqayıt" FK - "Təhsil" 4:1

Aqşin Ağayev (2), Cavidan Hacızadə (2).

U-10 Liqası
"Sumqayıt" FK - "Təhsil RİM" 1:1

Renat Qurbanov.