13/11/2016

"Sumqayıt" FK yoxlama oyununda "İnter"ə qalib gəlib


Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Sumqayıt" Futbol Klubu yoxlama oyunu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda "İnter” FK ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Komandamızdan qolları Amil Yunanov və Azər Salahlı vurub.