11/11/2016

"Sumqayıt" FK hazırlığını davam etdirir


Növbəti turda "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu fasiləsiz olaraq hazırlığını davam etdirir. Komandamız bu gün səhər saatlarında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Yusif Nəbiyev və Xəyal Nəcəfov U-21 millisinin düşərgəsində olduğu üçün hazırlıqda iştirak etməyib. Əvəzedicilərdən isə 2 futbolçu - Orxan Məsdanov və Tural Bayramlı əsas komandaya qatılıb.

Xatırladaq ki, Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edən "Sumqayıt" Futbol Klubu noyabrın 13-də "İnter"lə səfərdə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 15.30-da "İnter Arena" staionunda baş tutacaq.