29/12/2011

Xeyriyyə aksiyası keçirilib


“Sumqayıt” Futbol Klubunun rəhbərliyi Sumqayıt şəhərində fəaliyyət göstərən SOS Uşaq Kəndlərinin Ailələrə Dəstək Layihəsi üzrə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə aztəminatlı ailələrə yardım aksiyası keçirib. 26 ailənin problemləri ilə maraqlanan tədbir iştirakçıları müxtəlif hədiyyələrlə uşaqları sevindirib.