08/11/2016

"Sumqayıt" FK-nın akademiyasından 5 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət


Aşağı yaş komandaları arasında AFFA-nın təşkil etdiyi liqalarda bu həftə və həftəsonu növbəti turun oyunları keçirilib. Paytaxt zonasında mübarizə aparan "Sumqayıt" FK-nın U-19 komandası "İnter"i, U-15 "Kəpəz"i minimal hesabla üstələyib, U-17 liqasında isə komandamız isə "Neftçi" PFK ilə 0:0 hesablı heç-heçəyə imza atıb. "Sumqayıt" FK U-14 isə səfərdə "İnter"ə məğlub olub (0:3).

Şimal zonasında mübarizə aparan aşağı yaş qruplarımız da həftəsonu keçirilən oyunlarda böyükhesablı qələbələr qazanıb. "Sumqayıt" FK U-13 "Sunami"ni 6:0, U-11 "Uğur"u 9:1, U-10 isə "Polad"ı 10:1 hesabı ilə üstələyib. Yalnız U-12 "Binəqədi" ilə heç-heçə edib.

U-19 Liqa
"Sumqayıt" FK - "İnter" 1:0
Kənan Məmmədov.

U-17 Liqa
"Sumqayıt" FK - "Neftçi" PFK 0:0

U-15 Liqası
"Sumqayıt" FK - "Kəpəz" 1:0
Fərhad Salamzadə.

U-14 Liqası
"İnter" - "Sumqayıt" FK 3:0

U-13 Liqası
"Sumqayıt" FK - Sunami 6:0
Süleyman Süleymanov (2), Amin Ağayev, Fərid Muxtarov, Rəhman Məmmədov, Raiq Əbdürrəhmanov.

U-12 Liqası
"Sumqayıt" FK - "Binəqədi" 0:0

U-11 Liqası
"Sumqayıt" FK - "Uğur" 9:1
Cavidan Hacızadə (2), Namiq Məmmədzadə, Nihad Əhmədzadə (4), Rəvan Məşiyev, Nihad Babayev.

U-10 Liqası
"Sumqayıt" FK - "Polad" 10:1
Renat Qurbanov (2), Raul Əliyev (2), Kazım Zülfüqarlı (2), Emil Həsənov (2), Cəsur Əliyev, Şükür Cəfərli.