03/11/2016

"Kəpəz" - "Sumqayıt" oyununu Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında XI turun təyinatları müəyyənləşib. 2 gün ərzində keçiriləcək turun bütün oyunları CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq. 5 noyabr saat 14:30-da Gəncə şəhər stadionunda baş tutacaq "Kəpəz" - "Sumqayıt" oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Premyer Liqa, XI tur
5 noyabr (şənbə)
“Kəpəz” - “Sumqayıt”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu, 14:30

Əvəzedicilər, XI tur
4 noyabr (cümə)
“Kəpəz” – “Sumqayıt”
Hakimlər:
Ramiz Məhərrəmov, Rahin Heybətov, Murad Mehdiyev, Rəşad Əhmədov
Hakim-inspektor: İlham Əliyev
Yevlax şəhər stadionu, 14:00